Abituriyent hazırlıq kursları

Abituriyent hazırlıq kursları
Abituriyent hazırlıq kursları

Abituriyent hazırlıq kursu Qax Hazırlıq Mərkəzində yüksək səviyyədə tədris olunur.
Kursumuzun  fəailiyyət göstərdiyi illər ərzində 39 məzunumuz 600 baldan yüksək nəticə göstərmiş, 3 nəfər Prezident təqaüdünə layiq görülüb. Yüksək nəticələrin əldə edilməsində dərslərin kursumuzun peşəkar, təcrübəli müəllim heyəti tərəfindən DİM proqramına uyğun olaraq keçirilməsinin böyük rolu vardır. Müəllimlər hər bir mövzunu abituriyentlərə tam aydın şəkildə izah edir, hər mövzunu ətraflı sual - cavab edirlər. Dərslər yekunlaşdıqda abituriyentlər tərəfindən mövzunun anlaşılmayan hissəsi olduğu bildirilərsə, yenidən izah olunur. Dərsin tam dərk edildiyinə əmin olduqdan sonra isə növbəti mövzuya keçilir. O cümlədən abituriyentlərdən əlavə olaraq sağlam və güclü təməl qurulması üçün tədris mərkəzimizdə təkmilləşdirmə, yəni 5-8-ci siniflər üzrə hazırlıq həmçinin 9-cu siniflərin orta təhsil səviyyəsi üzrə DIM-in təşkil etdiyi buraxılış  imtahanında müvəffəqiyyət qazanmaları üçün  8-9-cu sinif hazırlıqları da kursumuz tərəfindən yüksək səviyyədə tədris edilir. Daha çox məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya və ya kursumuza müraciət edə bilərsiniz. Bizim məqsədimiz uğurlu gələcəyə doğru birlikdə addımlamaqdır.